CəmiyyətDünyaSağlamlıq

Çində yenə ölümcül virus tapıldı- Bu dəfə də yarasalar diqqət mərkəzindədir

Çinin Yunnan vilayətindəki Endemik Xəstəliklərin Nəzarəti İnstitutunun alimləri yarasalarda iki yeni, ölümcül virus aşkar ediblər.

Tacxeber.com xəbər verir ki, genetik analizlər bu virusların insanlar üçün təhlükəli olan Nipah və Hendra viruslarına çox yaxın olduğunu göstərib.

Yeni aşkarlanan patogenlər beyində ağır iltihab və tənəffüs yollarında ciddi xəstəliklərə səbəb ola bilər. Viruslar əsasən meyvə ilə qidalanan yarasalarda aşkarlanıb. Bu yarasalar meyvə bağlarının yaxınlığında, insanların yaşadığı ərazilərdə yaşayır.

Alimlər xəbərdarlıq edirlər: bu tip viruslar yarasaların sidiyi vasitəsilə meyvələrə keçə bilər. Bu isə insanlar üçün yoluxma riskini artırır. Tədqiqatçılar xüsusilə çirklənmiş meyvələrlə təmasdan çəkinməyi tövsiyə edirlər.(Musavat.com )

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB-in sünnət prioriteti və səhiyyəmizin “inkişaf”ı – Rəfi Müslümov yazır

admin

Mühasirə planı gerçəkləşdi – Ordu hərəkətə keçdi

admin

Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlı saxlanılıb – FOTO

redaktor