27 C
Bakı
25 İyun 2025 21:20
CəmiyyətDinDünya

Axundun əməlində cinayət tərkibi yoxdur – Hüquqşünas

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov qəsəbədən 16 yaşlı qızı qaçırması ilə gündəmə gəldi. Daha sonra qız açıqlama verərək öz istəyi ilə getdiyini deyib. Həmçinin, T.Tahirov da qızı bəyəndikdən sonra elçi göndərdiyini və qızın ailəsinin “Boşanmışa qız vermərik” deyərək, imtina etdiyini bildirib. Hadisələrdən sonra o, qəsəbə məscidinin imam müavini vəzifəsindən azad edilib.

Maraqlıdır, sözügedən hadisəyə görə T.Tahirov qanun qarşısında cavab verməlidirmi?

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, bu hadisədə cinayət əməli yoxdur.

Onun sözlərinə görə, qız özü getdiyini deyirsə, adam oğurluğundan söhbət gedə bilməz.

Həmçinin hüquqşünas vurğulayıb ki, cinsi əlaqə olsa da, qız 16 yaşı keçdiyi üçün axund haqqında bir tədbir görülməyəcək.

“Bu məsələdə hazırda cinayət tərkibi yoxdur. Görüntülər bunu deməyə əsas verir. Əgər başqa məsələ çıxarsa, onda işlər dəyişə bilər”,-M.Muradlı nəzərə çatdırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

40 il əvvəl boşandığı ərini Qocalar evində tapdı – VİDEO

redaktor

Məmləkətdə 1 nəfər də olsun RƏSMİ milyonçu yoxdursa bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini kim alır?

admin

Öcalanı Türkiyəyə təslim edən İsrail – SENSASİON YAZI

admin