15 C
Bakı
05 Oktyabr 2026 08:46
CəmiyyətGündəmHadisəŞikayətSiyasət

Ali Məhkəmə siyasi məhbus haqqında 8 illik həbs hökmünü qüvvədə saxladı.

Ali Məhkəmə iki ildir həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli haqqında hökmü qüvvədə saxlayıb. İyunun 24-də Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası onun kasasiya şikayətinə baxıb və təmin etməyib.

N.Bəydəmirlinin özü ərizə yazaraq məhkəməyə qatılmaq istəmədiyini bildirdiyindən prosesdə iştirak etməyib.

 

Vəkili Aqil Layıc deyib ki, N.Bəydəmirli haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiəçi heç bir mötəbər sübut-dəlil olmadan şəxsə 8 il həbs cəzası kəsildiyinə diqqət çəkib. O, AzadlıqRadiosuna Ali Məhkəmənin ölkədaxili sonuncu hüquqi müdafiə vasitəsi olduğunu bildirib: “Artıq ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndi. Yəqin ki, məsləhətləşib Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan N.Bəydəmirlinin özünə və ailə üzvlərinə məxsus bir sıra əmlakın üzərinə həbs qoyulduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna bilgi verən yaxınlarının sözlərinə görə, hətta vaxtilə etibarnamə ilə satılmış avtomobillərin də üzərində həbs var. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Nələr baş verir?

redaktor

Kiyevə qarşı terror zərbələri davam edir. Və bu, qətiyyən təsadüf deyil

redaktor

ABŞ qoşunlarının İraqdan çıxışı: strateji geriçəkilmə, yoxsa yeni oyunun başlanğıcı?

redaktor