27 C
Bakı
25 İyun 2025 21:20
DünyaMuharibəSiyasət

“ABŞ İrana dəyən ziyanı ödəməlidir”

Tacxeber.com İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, nazir müavini Səid Xətibzadə 24 iyun tarixində bildirib: “Rəsmi Vaşinqton İran obyektlərinə vurulan ziyanı kompensasiya etməlidir”. O, dəqiq ziyan məbləğini açıqlamasa da, ilkin qiymətləndirmələrə görə, yalnız Natanz obyektinə görə İrana 5 milyard dollardan çox ziyan vurulduğu söyləyib.

Diplomatın bəyanatı ABŞ-ın “B-2” bombardmançı təyyarələri və “Tomahawk” qanadlı raketləri ilə İranın üç nüvə obyektinə zərbələr endirməsindən sonra səsləndirilib.

 

ABŞ prezidenti Donald Tramp əməliyyatı “tarixi uğur” adlandırmışdı. O: “İranın nüvə obyektləri tamamilə məhv edilib”, – deyə “Truth Social” platformasında yazıb və əlavə edib ki, “ABŞ tarixin ən uğurlu hərbi əməliyyatlarından birini həyata keçirib”.

  Pentaqon Kəşfiyyat İdarəsinin (DİA) məxfi qiymətləndirməsi isə fərqli mənzərə yaradır. “Reuters” və CNN-in yazdığına görə, zərbələr yalnız yerüstü tikililərə və enerji infrastrukturuna ziyan vurub. Zənginləşdirilmiş uran ehtiyatları və sentrifuqalar əsasən toxunulmaz qalıb, çünki onların bir hissəsi əvvəlcədən çıxarılıbmış.

 “Biz bəlkə də onların nüvə proqramını bir neçə ay geri saldıq, amma illərlə yox”, – deyə CNN yazıb.

İsrail hökuməti hesab edir ki, birgə əməliyyat İranın nüvə ambisiyalarını zəiflədib. Lakin Midlberi İnstitutunun analitiki Ceffri Lyuis əmindir ki, İranda Natanz, İsfahan və Parçində salamat qalan yeraltı komplekslər var. Bunlar nüvə proqramının tez bir zamanda bərpasına imkan verəcək.

D.Tramp və müdafiə naziri Pit Heqsetin bəyanatlarına baxmayaraq, ABŞ Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn etiraf edib: “Təhdidin aradan qaldırılıb-qaldırılmadığını demək hələ tezdir.”

Bu arada, ABŞ Müdafiə Nazirliyi bütün brifinqləri gözlənilmədən təxirə salıb. Bəzi qanunvericilər hesab edir ki, Ağ Ev əməliyyatın real nəticələrini gizlədir ki, Donald Trampın imicinə zərər dəyməsin.

(Mənbə:trt global)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp onlardan qisas alacaq, uzun siyahı var – KİV

redaktor

Vanqanın 2023-cü il ilə bağlı ŞOK PROQNOZU

redaktor

Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı?

admin