24 C
Bakı
26 Sentyabr 2025 18:35
DünyaMuharibəSiyasət

Zelenski prezident postunu tərk edəcəyi tarixi açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişə bitənə qədər vəzifəsində qalmaq istədiyini bildirib.

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Sky News”a müsahibəsində danışıb.

Jurnalist Mark Ostinin münaqişəni həll etmək üçün özünü ən yaxşı şəxs hesab edib-etmədiyi ilə bağlı sualına Zelenski belə cavab verib: “Mən ən təcrübəliyəm. Bəlkə də ən yaxşısı deyil. Həmişə sizdən daha yaxşı insanlar var”.

Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməyi təklif etmişdi. O, indiki prezidenti ölkənin müstəqillik illərində ən yaxşı lider hesab etdiyini vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mask yenidən Trampı dəstəklədi

redaktor

“Kaş dərdimi biləydin” – Sərdar Ortaç

admin

Ukrayna 3000 km məsafəni vura biləcək raket istehsal edir.

admin