31 C
Bakı
13 Avqust 2026 17:08
CəmiyyətDünyaHadisəMuharibəSiyasət

Tramp: “Narazıyam, görək, İsraili sakitləşdirə bilirəmmi”

ABŞ Prezidenti Donald Tramp həm İsrailin, həm də İranın bu yaxınlarda elan etdiyi atəşkəsi pozduğunu bildirib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu barədə o, NATO sammiti üçün Ağ Evdən ayrılmazdan dərhal əvvəl jurnalistlərə danışıb.

“Hər iki tərəfdən məmnun deyiləm”,- deyə o söyləyib.

ABŞ lideri İranın atəşkəs başladıqdan sonra İsrailə ballistik raket atması və İsrailin Tehrana güclü zərbə endirəcəyini elan etməsinə qəzəblənib. Tramp İsrailin razılaşmanı qəbul etdikdən dərhal sonra “bomba atdığını” deyib:

“Onlar bunu etməli deyildi. İndi İsrail heç yerə düşməyən raketə görə İrana hücum edəcək. Mən indi İsraili sakitləşdirməliyəm. Baxaq, görək bunu dayandıra biləcəyəmmi?”

Tramp bəyan edib ki, İsrail ballistik raket hücumuna cavab olaraq Tehranı vurmaq üçün göndərdiyi təyyarələri geri qaytarmalıdır.

“İsrail, o bombaları atmayın. Əgər atsanız, bu, böyük pozuntu olaacaq. Pilotlarınızı indi evinizə gətirin! Donald J. Tramp, Amerika Birləşmiş Ştatlarının prezidenti”.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin