24 C
Bakı
13 Avqust 2025 23:49
CəmiyyətDigərDünya

Siyavuş Novruzovdan TƏKLİF: “Hər yeni tikilən binanın altında uşaq bağçası yaradılsın”

“Hər bir yeni tikilən binanın altında məktəbəqədər təhsil müəssisləri olsun”.

Tacxeber.comxəbər evrir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, valideynlər yaşadığı binalarda öz övladlarını təhsilə cəlb edə bilərlər:

“İki valideyn işləmədiyi halda o ailəni dolandırmaq çətindir. O baxımdan valideynlərin ikisi də işləyir. İkisi işlədiyi halda da uşaqların harda yerləşdirilməsi, təhsili önəmlidir. O binaların hər birində mağaza və digər şeylər açmaq əvəzinə şərtlərdən biri də o olmalıdır ki, həmin binalarda məktəbəqədər təhsil müəssisəsi açılsın. Valideynlər yaşadığı binanın birinci, ikinci mərtəbəsində uşaqların təhsil almasına nail ola bilsinlər”.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran heç vaxt nüvə ölkəsi olmayacaq – ABŞ lideri Donald Tramp

redaktor

Şimali Koreya Yapon dənizinə doğru naməlum raket atıb

redaktor

Ramiz Mehdiyevin general oğlu yola salınır?

admin