26 C
Bakı
11 Avqust 2025 02:23
CəmiyyətDünyaMuharibəSiyasət

“İsrail və İran tam atəşkəsə razılaşıblar”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar.

Tacxeber.com xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da yazıb.

“İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək.

“24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək, <…> bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”, – o əlavə edib.

İranın xarici işlər naziri Abbas Əraqçı Silahlı Qüvvələrin hərbi əməliyyatları dayandırdığına işarə edib. Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Güclü Silahlı Qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün həyata keçirdiyi hərbi əməliyyatlar son dəqiqəyə, səhər saat 4-ə (Bakı vaxtı ilə 04:30) qədər davam edib”, – XİN başçısı qeyd edib.

O, hücumlara “son dəqiqəyədək cavab verən” orduya təşəkkürünü bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Allah heç bərəkət verməsin, səfalət içində yaşayasınız” – Professordan sahibkara sərt sözlər

redaktor

Paşinyandan Qarabağla bağlı TARİXİ ETİRAF – VİDEO

redaktor

Bu qış Xankəndində yaşayan ermənilər sobada təzək yerinə Araikin özünü yandıracaqlar

redaktor