CəmiyyətDigərHadisəİqtisadiyyatQalmaqalŞikayət

Bakı – Qazax qatarına 162 manata bilet qiyməti.

Bu gün üçün Bakı – Qazax qatarına Birinci klass biletin qiyməti 162 manat nəzərdə tutulub.

Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq Qazağa gedib qayıtmaq 350 manata başa gələcək.

Keçən dəfə bəzi dostlar bu xidmət üçün bir az bundan aşağı olan qiymətə ağlabatandır dediklərinə görə , güman ki ADY bir az da artırıb .

 

ADY rəsmiləri deyir ki, biz bu azsaylı xidməti XÜSUSİ ŞƏXSLƏR üçün nəzərdə tutmuşuq. Yəni heç biznesmenlər üçün də deyil. Özləri daha yaxşı bilər kimlər üçündür.

Ona görə də mən müxtəlif vaxtlar üzrə sadə yerləri və biznes üçün olan qiymətləri də təqdim edirəm.

Bir daha qeyd edirəm ki, bərpa olunandan sonrakı qatar qiymətləri öncəki qiymətlərdən 3-4 dəfə bahadır. (Əvvəllər kupe(standart+) 12-13 manat, SV (biznes) 22.5 manat olub).

Birinci klass tutaq ki, oliqarxlar üçündür, bəs kupe, SV nə üçün 3-4 dəfə bahalaşmalıdr axı?

 

Təsəvvür edin, avtobusla 16 manata, dəmiryol ilə 20 manata Balakənə getmək olar.

Hansı ki, sərnişindaşıma növlərinin mahiyyətinə görə tərsinə olmalıydı.

Bakı – Balakən qatarında normalda turistlər üçün nəzərdə tutulmalı olan, lakin seçim imkanı verilmədən bütün biletlərə əlavə olun yemək xidməti də süni surətdə biletin qiymətinin artırılmasına yönəlib.

Adətən mənzil başına çatan yerli sakinlərin heç biri bu qidalanmadan istifadə etmir.

Bir daha vurğulamaq istərdim ki, ciddi səy göstərərək 5-6 il fəaliyyətsiz olan dəmiryolla sərnişindaşımanı bərpa edən ADY -nin belə yüksək qiymətlər təklif etməsi gündəlik sərnişindaşımanın da fəlsəfəsinə uyğun olmayan bir addımdır.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Orenburqda daha bir bənd dağıldı

admin

“Quranla arvadının “kupalnik“i arasında qalanda…” – “AvtoStop” Turala SƏRT SÖZLƏR

redaktor

Xırdalanda manyak peyda olub

redaktor