İranın ABŞ-nın Qətərdəki hərbi bazasına dünən zərbələri ilə bağlı çoxlu yalanlar paylaşılır. Əslində nə baş verib?
Birincisi, İran həmin zərbə barədə bir neçə saat əvvəl həm Qətər hakimiyyətini, həm də ABŞ-nı xəbərdar edib. Bunu ABŞ-nın prezidenti Trump özü də təsdiq edir.
Xəbərdarlıqdan sonra ABŞ öz hərbi bazasındakı təyyarələri çıxarıb və hərbçiləri təhlükəsiz yerə təxliyyə etdirib.
Bir neçə İran raketi bazaya endirilsə də, ona ciddi xətər yetirilməyib.
Bundan sonra Trump İranı və İsraili atəşkəsə səsləyib.
Danılmaz faktlar:
1. İran İsraildən ərazisinə görə 80 dəfə, əhalisinə görə 10 dəfə böyükdür.
2. İsrailin havadan müdafiə (HM) sisteminin istər yerli, istərsə də ABŞ istehsallı mərmi və raketləri bitməkdədir. İran köhnə raket və dronları ilə İsrailin HM sistemini aşırı yükləyir, sonra isə ən müasir raketlərindən, o cümlədən İsrail üçün qarşısının alınması mümkünsüz hipersəs sürətli ballistik raketlərlə zərbələr effektiv zərbələr endirir.
3. İranın zərbələri nəticəsində İsrailin MOSSAD kəşfiyyat idarəsinin, hərbi kəşfiyyatının, müdafiə nazirliyinin mühüm obyektlərinin məhv edilməsi və ya sıradan çıxarılması Netanyahu rejimini zavallı vəziyyətə salıb.