28 C
Bakı
12 Avqust 2025 18:28
DünyaGündəmHadisəMüsahibəSiyasət

Atəşkəs İran rejimindən daha çox İsrailə lazımdır.

İranın ABŞ-nın Qətərdəki hərbi bazasına dünən zərbələri ilə bağlı çoxlu yalanlar paylaşılır. Əslində nə baş verib?

Birincisi, İran həmin zərbə barədə bir neçə saat əvvəl həm Qətər hakimiyyətini, həm də ABŞ-nı xəbərdar edib. Bunu ABŞ-nın prezidenti Trump özü də təsdiq edir.

Xəbərdarlıqdan sonra ABŞ öz hərbi bazasındakı təyyarələri çıxarıb və hərbçiləri təhlükəsiz yerə təxliyyə etdirib.

 

Bir neçə İran raketi bazaya endirilsə də, ona ciddi xətər yetirilməyib.

Bundan sonra Trump İranı və İsraili atəşkəsə səsləyib.

Danılmaz faktlar:

1. İran İsraildən ərazisinə görə 80 dəfə, əhalisinə görə 10 dəfə böyükdür.

2. İsrailin havadan müdafiə (HM) sisteminin istər yerli, istərsə də ABŞ istehsallı mərmi və raketləri bitməkdədir. İran köhnə raket və dronları ilə İsrailin HM sistemini aşırı yükləyir, sonra isə ən müasir raketlərindən, o cümlədən İsrail üçün qarşısının alınması mümkünsüz hipersəs sürətli ballistik raketlərlə zərbələr effektiv zərbələr endirir.

3. İranın zərbələri nəticəsində İsrailin MOSSAD kəşfiyyat idarəsinin, hərbi kəşfiyyatının, müdafiə nazirliyinin mühüm obyektlərinin məhv edilməsi və ya sıradan çıxarılması Netanyahu rejimini zavallı vəziyyətə salıb.

 

NƏTİCƏ: Atəşkəs İran rejimindən daha çox İsrail üçün sərfəlidir, amma baş tutacağı təqdirdə, sərfəlidir, çünki 13 iyundan başlayaraq Netanyahu İranı və qonşularını radiasiya təhlükəsi və başqa təhlükələr qarşısında qoymaqdadır. Atəşkəs böyük ehtimalla onun İsrail rəhbərliyindən uzaqlaşdırılmasına, barəsində İsrail məhkəməsinin korrupsiyaya görə ittiham hökmü çıxarmasına gətirib çıxara bilər.

Fuad Ağayev

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulda kilsəyə silahlı hücum: Ölən var – Video

redaktor

Azərbaycanın yeni paytaxtı: Şuşa, yoxsa Ağdam?

redaktor

“Qərblə Ermənistan arasında təhlükəsizlik paktı Moskvada qəzəblə qarşılanacaq” – Rusiyalı politoloq

redaktor