31 C
Bakı
13 Avqust 2025 16:59
CəmiyyətDigərDünya

“Nəyə görə belə çox bayram günlərimiz var?”

“Əvvəlcədən qeyd edim ki, bu ölkənin vətandaşı kimi bayramları sevirəm, onların mahiyyətini və vacibliyini anlayıram. 26 İyun – Silahlı Qüvvələr Günü kimi vacib tarixlərin qeyd olunması mənə qürur verir”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğludeyib.

“Amma bir məsələ var ki, onu mütləq deməliyəm: bayramların sayı və ardıcıllığı bizi – özəl sektorda çalışan, vergi verən, iş yeri yaradan, maaş verən sahibkarları çox çətin vəziyyətə salır.

Bayram günlərdə dövlətdə işləyənlərin maaşı sabitdir, amma biz sahibkarlar özümüz qazanmadan işləyənlərə maaş verməli oluruq. Bəzən bir bayram bitmədən yeni bir istirahət günü gəlir və nəticədə ayın demək olar ki, 30 faizində fəaliyyət tam və ya qismən dayanır. Çox istərdim ki, bayramlar daha rasional bölünsün, qeyri-iş günləri minimuma ensin, alternativ olaraq işləyən müəssisələr üçün vergi güzəştləri və ya əlavə dəstəklər tətbiq edilsin”.

 

Tacxeber.com

Oxşar xəbərlər

30 NATO ölkəsindən Ukraynaya DƏSTƏK

redaktor

Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? – RƏSMİ CAVAB

redaktor

Pezeşkiana çağırış: “Helikopterə minmə!”

redaktor