DünyaMuharibəSiyasət

İranın bütün nüvə obyektlər məhv edilib –  Donald Tramp

ABŞ ordusu İranın bütün nüvə obyektlərini “məhv edib”. Onun sözlərinə görə, bunu peyk görüntüləri də təsdiqləyir.

Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb: “Peyk görüntülərindən göründüyü kimi, İranın bütün nüvə obyektlərinə böyük ziyan dəyib. Məhv etmək düzgün termindir!” ABŞ prezidenti yazıb və əlavə edib ki, ən böyük zərər “yer səviyyəsindən aşağıda” verilib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranın nüvə obyektlərinə bunker bombaları və Tomaqavk qanadlı raketləri ilə zərbələr endirib. Donald Tramp indi “sülh zamanı” olduğunu elan edib, lakin cavab hücumları olacağı təqdirdə Tehranı “daha ciddi nəticələrlə” hədələyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Karqo şirkətindən bu halda pulunuzu tələb edə bilərsiniz

redaktor

Bu, Ukrayna üçün fəlakət olacaq – Rusiya MN

redaktor

Avstriyanın keçmiş baş naziri həbs edildi

admin