24 C
Bakı
23 İyun 2025 10:05
CəmiyyətDünyaİdman

Həbib Nurməhəmmədov: “Azərbaycanda keçirdiyim günlər heyrətamiz idi”

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib.

Tacxeber.com-ın məlumatına görə, 36 yaşlı sabiq çmpion Azərbaycanda görüşdüyü şəxslərlə fotolarını yayımlayıb.

Rusiyalı “Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi” yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil edilmiş turnirində Taqir Ulanbekovun məşqçisi olub. Ulanbekov Maksum Azata (Qazaxıstan) qalib gəlib.

Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan onları Bakıya təhvil verəcək – ŞOK İDDİA

redaktor

Zelenksi: Məni əvəzləmək alınmayacaq

redaktor

Bank fırıldaqçıları Alim Qasımovun qızı Fərqanəni də aldatdılar – Video

admin