25 C
Bakı
11 Avqust 2025 09:14
CəmiyyətHadisəŞou

Elarizin qızı məhkəməyə çağırıldı

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bugünkü iclasda sənədlərin tədqiqi mərhələsi başlayıb.

Bundan əvvəl ittiham tərəfinin bütün şahidləri dindirilib. Bu gün müdafiə tərəfi əlavə vəsatətlər verib.

Vəsatətlərdən biri də Nizami Alışanın həyat yoldaşı Günelin məhkəmədə dindirilməsi ilə bağlıdır. Vəkil Samir İsayev onun əlavə şahid kimi dindirilməsini istəyib.

Məhkəmə bu vəsatəti təmin edib. Gələn iclasda müğənni Elariz Məmmədoğlunun qızı Günel məhkəməyə gələcək. Şahid həyat yoldaşının saxlanıldığı günü dəqiqləşdirmək üçün dindiriləcək. İş materiallarında yazılanlara əsasən, Nizami 48 saatdan artıq şübhəli şəxs qismində saxlanılıb.

Bundan əlavə, zərərçəkmiş Babək Məmmədzadə də əlavə suallara aydınlıq gətirilməsi üçün yenidən məhkəməyə çağırılıb.

Şahidlərin iştirakını təmin etmək məqsədilə proses 30 iyuna kimi təxirə salınıb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Nikosayağı”nın atası: “Oğlumun psixoloji cəhətdən vəziyyəti yaxşı deyil” – AÇIQLAMA

redaktor

“AAAF Park”da təhlükəli vəziyyət — FOTOLAR

redaktor

“Diktatura və tərəfdarları özlərini heç nə olmayıbmış kimi aparmaqda davam edir” – Altay Göyüşov

admin