4 C
Bakı
26 Dekabr 2025 10:45
DünyaİdmanMaraqlı

Rafael Fiziyev: “Xoşbəxtəm ki, vətənimdə döyüşdüm və qələbə qazandım”

Bunu Bakıda ilk dəfə təşkil edilən “UFC Fight Night” turnirində çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanan təmsilçimiz Rafael Fiziyev mətbuat konfransında deyib.

“Azarkeşlər məni qızğın davaya sövq edirdi. Amma təmkinlə döyüşməli olduğumdan, döyüş planımı dəyişmədim. İlk dəfə deyil ki, uzunboy idmançılara qarşı döyüşürəm. Amma bu, indiyə qədər döyüşdüyüm idmançılar arasında ən hündürü idi”, – R.Fiziyev bildirib.

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən “UFC Fight Night”da əsas kartda mübarizə aparan R.Fiziyev oktaqonda çilili İqnasio Bahamondesi məğlub etməklə rəqibinin nokaut seriyasına (buna kimi ardıcıl üç döyüşdə rəqiblərini ilk raunddaca nokaut edib – red.) da son qoyub. (Oxu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Balanslı yoxsa, buqələmun siyasət?

admin

Bütün İstanbul TƏŞVİŞDƏ – Telefonlar işləmir, insanlar küçələrə axışdı – FOTOlar

redaktor

Rüstəm Orucov erməni idmançını bu sözlərlə susdurdu

redaktor