Avtobusda qabaq sırada bir yaşlı qadın oturmuşdu, bilmədim nəvəsi idi, nəticəsi idi, onun suallarına cavab verirdi. Adi məişət söhbəti idi. Bir yerdə uşaq qadından yaşını soruşdu, o da cavab verdi ki, ikincü dünya müharibəsindən 15 il əvvəl doğulmuşam.
Yəni əgər müharibənin qurtardığı ili nəzərdə tuturdusa, bu edir 95 yaş. Qadın çox şux, enerjili idi. Təsəvvür edin ki, düşəcəyi yeri səhv salmışdı, avtobus dayanacaqda saxladı, elə tərpənmək istəyəndə, uşağa qayıtdı ki, a, burda düşməliyik və uşaqla avtobusun pilləkənini qaça-qaça düşdülər.
Buranın qocaları şuxdurlar, özü də yaşlı adam çoxdur, daim gəzirlər, selfi çəkdirirlər, restoranlarda, kafelərdə qabaqlarında şərab otururlar, seyr edirlər və sairə.
Fikirlışirəm ki, bu təkcə tibb, həyat tərzi söhbəti deyil, həm də stress azlığına görədir. Bu stress azlığı isə ancaq demokratik cəmiyyətlərdə mümkündür.
Diktaturalar, diktatorlar daimi, güclü stress mənbəyidir. Üstəgəl, həmişə dediyim kimi diktaturalar cəmiyyəti də korlayır, insanların bir-birinə münasibəti də çox pis olur, ona görə işdə, küçədə, məhəllədə, kənddə insanlar daimi stress içində yaşayır.
Belədə isə, insanın çox yaşaması istisnalar kimi mümkündür. Əksəriyyət nisbətən cavan ikən ölür-gedir. Diktaturalarda ancaq min cür fırıldaq və əclaflıqla hökumətin yuxarı başına dırmaşanlar xalqı minib, özlərinə stressdən kənar rahat həyat qurmaqla uzun yaşayır.