30 C
Bakı
09 Avqust 2025 12:13
DünyaMuharibəTexnologiya

B-2 SPİRİT təyyarələri. Dövrümüzün ƏBABİL quşları.

B-2 SPİRİT təyyarələri dəmirdəndir, suyu da havada içir (yanacaq doldurulmasını nəzərdə tuturam).

 

Texniki göstəriciləri heyrətləndirir:

B-2 Spirit ABŞ istehsalı stels ağır bombardımançı təyyarədir.Nüvə və konvensional silahlar daşıya bilir.

Stels texnologiyası sayəsində digər bombardımançıların bacarmadigi “görünmədən düşmən hədəflərini bombalama” vəzifəsini yerinə yetirə bilir.Qitələrarası uçma səbəbiylə strateji bombardımançı təyyarə adlanır.Havada əlavə yanacaq götürmədən 9600 km məsafədə uça bilir.

B-2 üstün aerodinamik qabiliyyətləri sayəsində uzun müddət dəniz səvviyəsində uça bilir,bu da onun radarlardan yayınmasını təmin edir.

Təyyarənin minimal infraqırmızı izi var və yalnız hücum etməzdən əvvəl hədəflərini müəyyən etmək üçün ani olaraq APG-181 radarını istifadə edir.

 

Silahlanması:

Təyyarənin ümumi silah yükü 23000 kq təşkil edir.MK-84,GBU-31,GBU-38,CBU aviabombalarını,16 ədəd B61,B83 nüvə bombalarını,AGM-154 JSOW, AGM-158 JASSM hava-yer raketlərini daşıya bilir.

heyəti: 2 nəfər

boş ağırlığı: 71,700 kq

maksimal uçuş ağırlığı: 170,600 kq

maksimal sürəti 1020 km/saat

əməliyyat hündürlüyü: 15,200 m

mənzili: 11,100 km

B-2 Spirit dünyada ən bahalı hərbi təyyarədir,

qiyməti təxminən 2 milyard dollardı.

ABŞ HHQ tərəfindən istifadə edilir.

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə nazir “Togg”da gənclərə həyəcanlı anlar yaşatdı – VİDEO

redaktor

“‘Kurs əməliyyatı Putin üçün böyük psixoloji zərbədir” – general Mark Milli

redaktor

Tramp: “Putin mənə hörmət etdiyi üçün bütün Ukraynanı ələ keçirməyəcək” – VİDEO

redaktor