24 C
Bakı
22 İyun 2025 15:06
DünyaHadisəMuharibəSiyasət

Artıq İran üçün uğurlu senari yoxdur

The New York Times yazır:

 

İran üçün uğurlu senari yoxdur, onun atacağı istənilən addım, İslam Respublikasının demək olar ki, 50 illik tarixində dönüş nöqtəsi olacaq.

Əgər İran ABŞ-a cavab zərbəsi endirsə, bu, onun parçalanmasına və ya uzunmüddətli qeyri-sabitliyə səbəb ola biləcək genişmiqyaslı müharibə ilə nəticələnəcək.

Əgər geri çəkilərək atəşkəslə razılaşarsa, o zaman çox zəif duruma düşəcək:

– Məhv edilmiş nüvə potensialı;

– Tükənmiş silahlı qüvvələri;

– Və hələ də sanksiyalar üzərindən götürülməyəcək.

Uzun müddət regionda təsirli bir güc hesab edilən İranın nüfuzu ciddi şəkildə sarsılacaq.

 

Digər məsələ ondadır ki, nüvə proqramına zərbə İran üçün çox ciddi ideoloji sarsıntıdır.

İranın əlində yalnız nüvə proqramı son müdafiə xətti kimi qalmışdı. Bu, hər zaman sadəcə elmi bir layihə olmayıb, bu proqram Qərbə qarşı müqavimətin simvolu və hakimiyyəti qoruma strategiyasının bünövrəsiydi.

Fikir müxtəlifliyinin boğulması ilə yanaşı, nüvə proqramı 1979-cu il İslam İnqilabının varisləri üçün əsas özünüqoruma vasitəsinə çevrilmişdi. Əgər 1979-cu ildə 52 amerikalı diplomatın 444 gün ərzində əsir düşməsi, güclü düşmənə qarşı bir çağırış və “imperialist ABŞ”-a meydan oxumağın rəmzi idisə, son iki onillikdə bu rəmz nüvə proqramı əvəz etmişdi.

Tarixçilər, çox güman ki, bir gün gözləri bağlı əsir saxlanılan amerikalı diplomatların görüntülərini və GBU-57 tipli beton deşən bombaların “Fordo” adlanan dağ qalasına atılması kadrları yan-yana qoyub sual verəcəklər: ABŞ, onun müttəfiqləri və ya elə iranlıların özləri başqa bir yol seçə bilərdilərmi?

 

Hazırladı: Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Xankəndidə bildiriş: Azərbaycana xoş gəlmisiniz!

admin

Trampdan NÜVƏ XƏBƏRDARLIĞI: “Yalnız Allaha ümid edə bilərik” – VİDEO

redaktor

Bayden istefa verməkdən imtina etdi

redaktor