Almaniyalı siyasətçilər, jurnalistlər və incəsənət adamları baş nazir Fridriks Merzi hüquq-mühafizə orqanlarına şikayət edib.
Tacxeber.comxəbər verir ki, buna səbəb baş nazirin İsrail haqqında dediyi sözlər olub.
Belə ki, Merz daha əvvəl G7 zirvə görüşündə İsrailin İrana qarşı hücumlarından danışarkən “İsrail hamımızın çirkli işini görür” sözlərini işlətmişdi.
Sənətçi Dieter Hallervorden, yazıçı Albrext Müller və keçmiş millət vəkilləri də daxil olmaqla bir çox ziyalı Merzlə bağlı ortaq bəyanat yayıb:
“Biz Almaniya kansleri Fridriks Merz barəsində cinayət işi açırıq. Merz xüsusilə Almaniya konstitusiyasının 9, 25 və 26-cı maddələrini pozub”.
Bəyanatda İsrailin hücumlarının təriflənməsinin açıq şəkildə BMT Nizamnaməsinə zidd olduğuna diqqət çəkilib. Federal Baş Prokurorluq və Berlin Prokurorluğundan Federal Kansler haqqında cinayət işinin açılması tələb edilib.
Açıqlamada kanslerin İsrailin hücumlarını tərifləməsinin təkcə milli və beynəlxalq hüquqa zidd olmadığı, eyni zamanda nasist terminologiyasından da istifadə etdiyi bildirilib.
Qeyd edilib ki, 1942-ci ildə nasist zabiti Avqust Haefner Babi Yar toplama düşərgəsində 34 min yəhudinin kütləvi şəkildə edam edilməsini eyni “çirkli iş” sözlə ilə haqlı göstərməyə çalışıb.