26 C
Bakı
21 İyun 2025 12:20
DünyaHadisə

Dünyanın sonu: Amerikalılar dəhşət içindədir – Ət yeyən “şeytan qurdları” torpaqdan çıxdılar

Tacxeber.com xəbər verir ki, Texasda ət yeyən qurd dəstələri yerdən çıxaraq yerli sakinləri dəhşətə gətirib.

“Daily Mail”ə bildirir ki, güclü yağışdan sonra Dallas-Fort-Uort və Hyuston bölgələrində bir metrə qədər böyüyə bilən invaziv çəkicbaşlı qurdlar meydana çıxıb və bu, əhali arasında həyəcan yaradıb.

Bu qurdlar ümumiyyətlə insanlar üçün zərərsizdir, baxmayaraq ki, onların dərisində tetrodotoksin adlı bir toksin var və bu, toxunduqda səpgilərə səbəb ola bilər. Lakin onlar yerli bitkilər və vəhşi təbiət üçün əhəmiyyətli risk yaradırlar, çünki nəhəng qurdlar yerli qurdlar, şlaklar və ilbizlərlə qidalanan yırtıcılardır. Mütəxəssislər xəbərdarlıq edir ki, ev heyvanları da risk altındadır, çünki qurdları yeyən itlər tezliklə toksinlərdən xəstələnirlər.

“Daily Mail” qeyd edir ki, qurdlar Cənub-Şərqi Asiyadan gəldikdən sonra onilliklər ərzində ABŞ-da mövcud olub, lakin onlar yalnız son bir neçə ildə Texasda görünməyə başlayıblar.

Texas sakini Bev Bahr sosial şəbəkədə yazıb: “Pis xəbər. Bu səhər səkidə çəkicbaşlı soxulcan tapdım. O, balacadır, lakin onun kiçik çəkic başı şübhəsizdir. Bu bəlanı yaxından izləyin. Xüsusilə də ev heyvanlarının təhlükəsizliyi üçün”.

“Daily Mail” xəbər verir ki, Texas İnvaziv Növlər İnstitutu yerli vəhşi təbiəti qorumaq üçün qurdları dərhal öldürməyi tövsiyə edir. Ancaq onların yarısını kəsmək tövsiyə edilmir, çünki ayrı-ayrı parçalar sağ qala bilər və iki yeni qurd meydana gətirə bilər.

Bunun əvəzinə onlara sirkə səpmək, duz və ya sirkə ilə plastik torbaya qoymaq qoymaq məsləhətdir. Mütəxəssislər insanlara dəri qıcıqlanmasının qarşısını almaq üçün qurdları çıxarmağa cəhd etməzdən əvvəl həmişə əlcək və ya kağız dəsmal istifadə etməyi məsləhət görürlər. (Publika.az)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Tanınmış velosipedçi ofisində ölü tapıldı

redaktor

Polkovnik: Ukraynanın kəşfiyyat qrupları Xersondadır

redaktor

Cəbrayıl Dövlətzadənin doğum günüdür

redaktor