6 C
Bakı
28 Dekabr 2025 15:07
CəmiyyətDünyaŞikayət

Dilqəm Əsgərovdan oğlunun ittihamlarına cavab

Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərovun onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Dilqəm Əsgərov deyib.

O qeyd edib ki, oğlunun müalicəyə ehtiyacı var:

“Qızlarım, digər oğlum ondan imtina edib. Heç kim telefonunu açmır, heç kim evinə qoymur. Ortada qalan bir mənəm. Mən də körpə uşaqların xatirinə çalışıram nəsə kömək edim. Hər pis yola gedir. Özü kimi ətrafı var. Pis vərdişlərə qoşulub. Heç bir ata istəməz oğlu belə olsun”.

Dilqəm Əsgərov oğluna böhtan atması və balta ilə öldürmək iddialarına da mübasibət bildirib.

“Mənim yanımda balaca oğlum da olub. Bu adamın ağlı itib. Mən balta götürüb üç balaca nəvəmin üzərinə gedərəm? Mənim fermada tüfəngim var. Gedib polisə məlumat verib ki, tüfənglə gəlib üstümə. Orada da kamera var. Baxıblar heç nə yoxdur. Mən niyə getməliyəm onun üzərinə balta ilə? Balaca oğluma yaxınlıqdakı kəhrizdən su çəkirik. Yaxınlıqda olur. Oradan telefonla çəkib nə gəlir danışır. Bu adamın həkimə ehtiyacı var. Mən Şuşa türməsində olanda köməklik üçün pul vermişdilər. Oğlum puldan da müəyyən məbləğ oğurlayıb. İndi də deyir, evi satıram, maşını satıram və s. Kürdoğlunun adına heç nə yoxdur. Onu narahat edən əsas məsələlər əmlakdır”, – deyə D.Əsgərov əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ əlini çəksə, Ukrayna dərhal çökər” variantı da keçərli deyil.

admin

Böyük ticarət mərkəzi açıldı: qazilərə və şəhid ailələrinin işlə təminatına üstünlük veriləcək – VİDEO

redaktor

AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır?

admin