26 C
Bakı
21 İyun 2025 13:16
CəmiyyətDigərDünyaGündəmQalmaqalŞikayətSiyasət

ABŞ senatoru Cinn Şehin “ABŞ Dövlət Departamenti Bakıya açıq şəkildə bildirməlidir ki, jurnalistika cinayət deyil”

ABŞ senatoru Cinn Şehin Dövlət Departamentinə çağırış edib:

“Azadlıq Radiosunun jurnalisti Fərid Mehrəlizadənin 9 il həbs cəzasına məhkum edilməsi ədalətin parodiyasıdır. ABŞ Dövlət Departamenti Bakıda hakimiyyət orqanlarına açıq şəkildə bildirməlidir ki, jurnalistika cinayət deyil. Fərid artıq ailəsindən ayrılıqda qalmamalıdır”.

İqtisadçı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə məhkəməyə son sözündə deyib ki, həbs edildikdən bəri ən çox bir sualı eşidib: “Sənə lazım idi?”.

 

“Çox gözəl başa düşürəm ki, oxuyacağınız hökm hakimlərin yox, bizim həbsimizi sifariş edənlərin hökmü olacaq. Onlar istəsə, barəmizdə ömürlük həbs qərarı çıxara, hətta cinayət məcəlləsini dəyişib, ölüm hökmünü bərpa edib, bizi edama göndərə bilərlər. Çünki qanunun aliliyinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət edilməyən ölkələrdə məhkəmə prosesləri avtoritar hökumətlərin saxta gülümsəməsindən başqa bir şey deyil”, – o vurğulayıb.

Jurnalist bildirib ki, barəsindəki ittihamların həqiqəti əks etdirmədiyi tam sübuta yetirilib.

“Prokurorun işin yekununda Məhəmməd Kekalovun ilkin ifadəsinə istinad etməsi düzgün deyil, çünki sonradan o, həmin ifadəsindən imtina edib. Lap istinad edilsə belə, orada mənim haqqımda heç nə yoxdur. Sənədlərdə də mənim adım çəkilmir. Heç bir şey ortaya qoyulmadı. Mənə qarşı yalnız sübut odur ki, mən xaricə gedib gəlmişəm…”, – o əlavə edib.

 

F.Mehralızadənin deməsinə görə, bir şəxsi yalnız xaricə getdiyinə görə qaçaqmalçılıqda ittiham etməklə prokuror hakimləri və digər proses iştirakçılarını ələ salmış olur: “Biz tamaşaya baxmağa gəlməmişik. Bura məhkəmədirsə, ortaya normal sübutlar qoyulmalıdır. Yoxsa Azərbaycan Dövlət Dram Teatrı yaxındadır…”. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynalı iş adamı Zelenskini məhkəməyə verdi

redaktor

Kəmaləddin Heydərov: “Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”

redaktor

Dünyanın ən qeyri-adi məktəbləri

admin