8 C
Bakı
09 Fevral 2026 13:20
DünyaSiyasət

Venezuela lideri BM-dən İsraili silahsızlandırmasını istədi

Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatını (BMT) İsraili tərksilah etmək və bütün planetin nüvə silahından azad olmasını təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

Onun sözlərini TASS sitat gətirib.

Siyasətçinin fikrincə, BMT bütün ölkələrin tam nüvəsizləşdirilməsinə dair razılaşmanı təşviq etməlidir.

“İsrailin nüvə silahı var. Ona görə də bütün nüvə başlıqlarını məhv etməlidir”, – o, YouTube-da canlı yayımda deyib.

Xatırladaq ki, İsrail arsenalında nüvə silahının olmasını inkar edir. Latın Amerikası dövlətinin başçısı vurğulayıb ki, Tehran beynəlxalq hüquqa görə İsrailin hücumundan sonra özünü müdafiə etmək hüququna malikdir. Maduronun sözlərinə görə, bu gün İran haqqında yalanlar yayılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kadırov ilk dəfə döyüşçülərinin öldüyünü ETİRAF ETDİ: “23 nəfər ölüb, 58-i yaralanıb”

admin

Tramp: “ABŞ zibilxanaya çevrilib”

redaktor

Yevgeni Priqojin həqiqətən ölübmü?

redaktor