30 C
Bakı
10 Avqust 2025 13:31
CəmiyyətSağlamlıq

Onkoloji xidmətlər bu tarixdə sığorta zərfinə daxil ediləcək

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin sığorta sisteminə daxil edilməsi istiqamətində danışıqlar aparılır”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş tutan mediatur zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Modern.az-a açıqlamasında bildirib:

“Bildiyimiz kimi, onkoloji xidmətlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi və maliyyələşdirilməsi üçün əlavə maliyyə vəsaiti tələb olunur. Hazırda bu istiqamətdə İcbari Tibbi Sığorta Fondunun maliyyə imkanları dəyərləndirilir. Əgər il sonuna qədər bu yeniliklər həyata keçirilərsə, məqsədimiz onkoloji tibbi xidmətlərin bir qismini xidmətlər zərfinə daxil etməkdir”, – deyə Leyla Lətifova qeyd edib.

O əlavə edib ki, bu sahədə yeniliklər baş verəcəyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək. (Bakupost.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İcranın 145 minlik gül aldığı Nigar kimdir?

redaktor

Ən bahalı və sağlam bitki yağları – hər kəs bunları bilmir

redaktor

Azərbaycanda qrip TÜĞYAN EDİR – SƏBƏBİ

admin