11 C
Bakı
30 Mart 2026 03:48
DünyaMuharibəSiyasət

İrandakı rejim müharibədın sağ çixa bilsə, Əfqanıstandan aldığı zərbəyə görə “Taliban”dan hesab istəyəcək.

İranın mühafizəkar dairələri illər uzunu İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı isttifadə etdiyinə dair təxribatçı açıqlamalar yaydılar. Məlum olub ki, İsrail kəşfiyyatı İran ərazisinə dronları Əfqanıstan ərazisindən keçirib. O da məlum olub ki, İsrail kəşfiyyatı Əqfanıstan ərazisində əfqanlardan ibarət müxtəlif qruplar formalaşdırıb və məhz onlar maşınlarla dronları İran ərazisinə keçiriblər. Başqa bir xəbər də ondan ibarətdir ki, Taliban rəhbərliyində bəzi şəxslər işin içində olublar. İranda İsrail kəşfiyyatı ilə əlaqəli olduğu həbs edilən əfqanları sayı artıb. İrandakı dairələr Azərbaycanın ünvanına yersiz ittihamlar səsləndirərkən, zərbə Tehranın strateji tərəfdaş adlandığı ölkədən gəlib və bu İran mühafizəkarları üçün gözləilməz olub.

 

İran İsraillə müharibənin davam etdiyi şəraitdə Əfqanıstanın və dost adlandırdığı “Taliban”ın ünvanına ittihamlar səsləndirə bilmir. Tehranın başı qarışıqdır. Ancaq İrandakı rejim müharibə nəticəsində hakimiyyətini qoruya bilsə, qonşu Əfqanıstandan aldığı zərbəyə görə “Taliban”dan hesab istəyəcək. Tehranın İran ərazisində illər boyu sığınacaq tapan milyonlarla əfqanın deportasiyasına başlayacağı da istisna deyil.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Yetər artıq!” – Prezidentdən sərt xəbərdarlıq!

redaktor

Guya əsas vəzifəli şəxslər prosesin təfərrüatlarından sona qədər xəbərsiz olublar.

admin

Bu prosesi dayandırmaq İsraildəki siyasi hakimiyyətin məğlubiyyəti deməkdir.

admin