24 C
Bakı
13 Avqust 2025 22:24
DünyaSiyasət

Netanyahudan göstəriş: Hücumları artırın!

Tel-Əviv İranın iyunun 19-da səhər saatlarında İsrailə həyata keçirdiyi hücumlara daha sərt cavab verəcəyini bəyan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz sosial media hesabında yazıb. İsrailli nazir İranın ali lideri Əli Xameneyinin sığınacaqların dərinliyində oturub xəstəxanalara və yaşayış yerlərinə hədəfli hücumlar təşkil etdiyini qeyd edib.

İranın hücumlarını ən ağır hərbi cinayətlər olduğunu deyən Katz əlavə edib ki, baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və Ayətullah rejimini zəiflətmək üçün müdafiə qüvvələrinə İrandakı strateji hədəflərə və Tehrandakı hökumət hədəflərinə hücumların intensivliyini artırmaq barədə tapşır verib.

İsrailin baş naziri Benyamin Netanyahu İranın hücumundan sonra sosial mediada yazıb ki, bunun ağır bədələni ödəyəcəklər.

İran mediası bu səhər İsrailə raket hücumunun əsas hədəfinin “Komandirlik və Kəşfiyyat (IDF C4I) Qərargahı və Hərbi Kəşfiyyat Düşərgəsi” olduğunu bildirib. Bu hədəf vurulan “Soroka” xəstəxanasının düz yanında yerləşdiyindən nəticədə xəstəxanaya da ciddi zərər yetirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransanın Respublikaçılar partiyasının lideri: “Biz rüsvay və darmadağın olduq”

redaktor

“Mənə kim cinayət işi açır?” – Ramiz Mehdiyevdən ittihamlara sərt cavab

redaktor

“Taxıl sazişi” dünyanın qida təhlükəsiziyi üçün vacibdir”

redaktor