16 C
Bakı
27 Sentyabr 2025 05:48
CəmiyyətDünyaHadisə

İran İsraildə xəstəxananı raketlə vurdu

Bu gün gecə saatlarında İran yenidən İsrailə hava zərbələri endirib.

Tacxeber.com xəbər verir ki, hücum zamanı raketlərdən biri Soroka xəstəxanasına düşüb.

Nəticədə binaya zərər dəyib, xəstələr təxliyə olunub. Ölən və yaralananlarla bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan “Yüksələn aslan” əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

redaktor

Dərsə gecikən şagirdə döşəmə sildirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

redaktor

Bakı – Qazax qatarına 162 manata bilet qiyməti.

admin