21 C
Bakı
21 İyun 2025 22:13
CəmiyyətDünyaHadisə

İran İsraildə xəstəxananı raketlə vurdu

Bu gün gecə saatlarında İran yenidən İsrailə hava zərbələri endirib.

Tacxeber.com xəbər verir ki, hücum zamanı raketlərdən biri Soroka xəstəxanasına düşüb.

Nəticədə binaya zərər dəyib, xəstələr təxliyə olunub. Ölən və yaralananlarla bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan “Yüksələn aslan” əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Pişiyi qorxutduqdan sonra “qəhqəhə çəkən” at gündəm oldu – VİDEO

redaktor

Uels şahzadəsi Çarlz Britaniyanın yeni kralı olub

redaktor

“Baş gedib, ağlımı kayb etmişəm, Ayselimi axtarıram” deyən şəxsin məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanunsuzdur” – VİDEO

redaktor