28 C
Bakı
17 Avqust 2026 18:12
CəmiyyətDünya

İnsanlar yeni tikililərdə niyə daha çox xəstələnirlər?

Digər risk amili yeni evlərdəki yüksək rütubətdir…

“Yeni tikililərdə xəstəliklərin artması müasir tikinti və bəzək materiallarından yaranan kimyəvi maddələrin kompleks təsiri ilə əlaqəli ola bilər”.

Bunu Gazeta.ru-ya kimyaçı Andrey Doroxov deyib.

Onun sözlərinə görə, bu materialların bir çoxunun tərkibində formaldehid, benzol, toluol və ksilen kimi uçucu üzvi birləşmələr var, onlar təmir başa çatdıqdan sonra aylar ərzində havaya buxarlanır:

“Bu birləşmələr tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, immuniteti aşağı salır və orqanizmi viruslara və bakteriyalara qarşı daha həssas edir. Bundan əlavə, onların bəziləri kumulyativ təsirə malikdir, onlar toxumalarda toplanır və immun sisteminin fəaliyyətini pozur”.

Ekspert əlavə edib ki, digər risk amili yeni evlərdəki yüksək rütubətdir.

A.Doroxov, həmçinin qeyd edib ki, yeni binalarda adətən PVC-dən hazırlanmış plastik pəncərələr və qapılar quraşdırılır, bu da ftalatlar buraxa bilər:

“Tədqiqatlar göstərir ki, ftalatlar immunotoksik təsirə malikdir və orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Xəzərin adını dəyişməklə tarixini dəyişmək olmaz!

redaktor