CəmiyyətDünya

Diplomsuz həkim dəhşəti: Saxta müalicə, çirkli pulların yuyulması və narkotik dövriyyəsi…

Çexiyanın Havlickuv Brod şəhərində 22 yaşlı gənc evində gizli şəkildə diş klinikası açaraq, internetdə oxuduğu məlumatlarla onlarla xəstəyə saxta müalicə tətbiq edib.

Tacxeber.com xəbər verir ki, yerli polisin verdiyi açıqlamaya görə, gənc oğlan rəsmi tibbi təhsil almadan, diş çəkib, kanal müalicəsi aparıb və hətta anesteziya belə tətbiq edib.

Qeyri-qanuni klinikada indiyə qədər onlarla pasiyent “müalicə olunub” və bu yolla təxminən 185 min dollar gəlir əldə edildiyi müəyyən edilib.

Sözügedən şəxs və onun ortaqları qanunsuz tibbi fəaliyyət, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz əldə edilməsi və oğurluq kimi maddələrlə məhkəməyə verilib.

Təqsirləndirilən şəxslər əməllərini etiraf edib. Onları 8 ilə qədər həbs gözləyir.(Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağa, Liviyaya necə girdiksə, eyni şeyi onlar üçün də edərik” – Ərdoğan

admin

Efirləri bürüyən təhsilsiz estetik “CƏRRAHLAR” – Uğursuz “əl işləri”nə görə kim CAVABDEHDİR?

redaktor

Tarif Şurası yenə də qiyməti qaldırdı

admin