21 C
Bakı
12 Avqust 2025 03:04
CəmiyyətDünya

Diplomsuz həkim dəhşəti: Saxta müalicə, çirkli pulların yuyulması və narkotik dövriyyəsi…

Çexiyanın Havlickuv Brod şəhərində 22 yaşlı gənc evində gizli şəkildə diş klinikası açaraq, internetdə oxuduğu məlumatlarla onlarla xəstəyə saxta müalicə tətbiq edib.

Tacxeber.com xəbər verir ki, yerli polisin verdiyi açıqlamaya görə, gənc oğlan rəsmi tibbi təhsil almadan, diş çəkib, kanal müalicəsi aparıb və hətta anesteziya belə tətbiq edib.

Qeyri-qanuni klinikada indiyə qədər onlarla pasiyent “müalicə olunub” və bu yolla təxminən 185 min dollar gəlir əldə edildiyi müəyyən edilib.

Sözügedən şəxs və onun ortaqları qanunsuz tibbi fəaliyyət, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz əldə edilməsi və oğurluq kimi maddələrlə məhkəməyə verilib.

Təqsirləndirilən şəxslər əməllərini etiraf edib. Onları 8 ilə qədər həbs gözləyir.(Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp bir daha Putindən məyus olub

admin

Ukrayna əks-hücuma keçdi – Bryansk və Lipetsk hədəfdə

redaktor

Putinin səhhətində problem var? – Kremldən açıqlama

redaktor