26 C
Bakı
21 İyun 2025 10:30
CəmiyyətGündəmHadisəŞikayət

Azərbaycanda GİZLİ MƏHKƏMƏ prosesi

İyunun 18-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə prosesi baş tutub.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xəbərdə bildirilir ki, Qasımlının müqavilə üzrə vəkilləri prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə təxirə salınıb.

Siyasətçinin həyat yoldaşı Samirə Qasımlı “Facebook” səhifəsində məhkəmə iclasının vəkillərdən xəbərsiz baş tutduğunu bildirib. O qeyd edib ki, iclasdan özü təsadüfən xəbər tutub və vəkillərə çatdırıb.

 

O əlavə edib ki, həmin gün səhər vəkil Rövşanə Rəhimli Bakı Ağır Cinayətlər Məhkəməsinə zəng vuraraq iclasın hansı vaxta təyin olunacağı ilə maraqlanıb, lakin ona işin hələ məhkəməyə gəlmədiyi deyilib.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb.

Özü ittihamı qəbul etmir.

Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kəmaləddin Heydərovun bacanağının şirkəti “Azərişığ”ı məhkəməyə verdi

redaktor

Bonndakı İqlim Konfransında aksiya: “Hotelin üzərinə Qubad İbadoğlunun portreti asılıb”

admin

Efirləri kəsilənlərin dəhşəti – Sadəcə, utanmaq lazımdır

redaktor