26 C
Bakı
21 İyun 2025 20:25
DünyaSiyasət

Putin niyə susur? – “Tehran bunu yaxşı bilir”

Putinlə Pezeşkian arasında imzalanan müqavilə formallıqdan başqa bir şey deyil. Bu gün onların tərəfdaşlıq sazişinə ehtiyacı var və sabah dəyişmiş vəziyyətə uyğunlaşmaq üçün müqavilə tarixin zibil qutusuna atılacaq.

Tacxeber.comxəbər verir ki, rusiyalı politoloq Vitali Dimarski belə hesab edir.

“İsrail və İran arasında hərbi əməliyyatların necə inkişaf edəcəyini bilmirik, lakin bu gün bu müharibə Rusiya üçün sərfəlidir.Kreml İsrailin əməliyyatından özünün xarici siyasətinə bəraət qazandırmaq istəyir: guya beynəlxalq siyasətin aləti kimi gücdən istifadə edən yeganə Rusiya deyil”, – haqqın.az-a müsahibəsində deyən Dimarski bildirib ki, İrandan Rusiya ilə bağlı bir dənə də olsun açıqlama gəlməyib: “İsrailin hücumundan sonra ilk günlərdə iranlılar açıq şəkildə etibar olunmayan Rusiya ilə deyil, Çinlə əlaqə saxlamağa çalışdılar”.

Kremlin İsraili qınayan rəsmi mövqeyinə gəlincə, ekspert bu bəyanatın dərci ərəfəsində Vladimir Putinlə Benyamin Netanyahu arasında telefon danışığının baş verdiyini xatırladıb.

“İnanıram ki, Rusiya prezidenti İsrailin baş nazirinə belə bir bəyanat vermək niyyəti barədə əvvəlcədən xəbərdarlıq edib. Moskva simasını xilas etməli idi”.

Dimarskinin sözlərinə görə, Tehran Kremlin real yardım göstərmək iqtidarında olmadığını yaxşı bilir və Rusiyanın mümkün dəstəyi ilə bağlı heç bir illüziyası yoxdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vladimir Zelenski etiraf etdi: Amerikanın dəstəyi olmasa, Ukrayna daha çox ərazilər itirəcək

redaktor

BMT Baş katibinin müavini Ukraynada səfərdədir

redaktor

“Rusiya Ukrayna xalqını məhv etmək niyyətində deyil, onlar bizim qardaş-bacılarımızdır” – Sergey Lavrov

redaktor