19 C
Bakı
26 Sentyabr 2025 20:35
CəmiyyətMaraqlı

Heç kimin də xətrinə dəymək istəmirəm. Amma…

Otuz yaşdan sonra sevən adamlara birtəhər baxıram. Yəni adam nə qədər səy olmalıdır ki, otuz yaşdan sonra da kimisə sevsin, aşiq olsun. Otuzdan sonra kimisə sevən, aşiq olan adamların hamısı hələ də düşük türk serialları izləyənlərdi.

Adam tanıyıram ki, qırx yaşı var, hələ də həyatının sevgisini gözləyir. Nə deyəsən beləsinə? Heç kimin də xətrinə dəymək istəmirəm. Amma…

Ay bacım, gir internetdə şəkərlə, təzyiqlə bağlı araşdırma elə, gör bu revmatizmanın türkəçarə yolla həlli necə olur. Getdi e ta Burak Özçivit. Bundan sonra sənin Burak Özçivitin dərmanlardı.

Otuzdan sonra sevən kişilər isə, ümumiyyətlə… Bilmirəm nə deyim ki, kobud çıxmasın. Qırx yaşı var, kiməsə “aşkım” deyir. Ayıbdı, ə, yekə kişisən, özünə hörmət elə, “aşkım” nədi?

Açığı, otuzdan qabaq da sevmək səylikdir, amma təbii prosesdir də, neynəmək olar. Uzağı, 21-22 yaşında sevgi söhbətlərini bağlamaq lazımdır. (Ulucay Akif)

 

Tacxeber.com

Oxşar xəbərlər

DİN bina və obyektlərdə kameralar quraşdırır? – Rəsmi

redaktor

Vasif Tağıyevə mənzil verildi

redaktor

“Amnesty International”: “Azərbaycan hökuməti müstəqil mediaya qarşı təzyiqləri gücləndirir”

admin