Tacxeber.com xəbər verir ki, Ağ Ev rəhbəri bəyanatını “Truth Social” sosial şəbəkəsində yayımlayıb.
Tramp İran problemini həll etmək üçün Amerika ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.
Bundan əlavə, ABŞ prezidenti deyib ki, o, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei yerini bilir, lakin Vaşinqton hələ ki, onu aradan götürməyi planlaşdırmır.
İyunun 17-nə keçən gecə Tramp “Truth Social”da yazıb ki, “hamı Tehranı dərhal boşaltmalıdır”. O əlavə edib ki, İran nüvə silahına malik ola bilməz.(Publika.az)