DünyaSiyasət

Netanyahu Xameneini öldürəcəklərini bildirdi: Tehrana hava yolu çəkmişik

İsrailin baş naziri Binyamin Netanyahu iyunun 13-də İrana qarşı başlatdıqları genişmiqyaslı hücumlardan sonra keçirdiyi ilk mətbuat konfransında açıqlamalar verib.

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, Netanyahu İranın ali dini lideri Seyid Əli Xameneiyə qarşı sui-qəsd təşkil edə biləcəklərinə işarə edib: “Planlarımızı ictimaiyyət qarşısında təfərrüatlandırmayacağam, amma nə lazımdırsa edəcəyik”.

Baş nazir tez-tez döyüş təyyarələri ilə İranın paytaxtını bombaladıqlarını əlavə edib: “İsrail Tehranın səmasına nəzarət edir. Tehrana hava yolu çəkmişik. İran PUA-larının və mühüm radar sistemlərinin yarısı məhv edilib. İyunun 13-dən bu yana həyata keçirilən hücumlarda 10 nüvə alimi öldürülüb. Nüvə hədəflərini sistematik şəkildə məhv etməyə davam edirik”.

 

Netanyahu həmçinin ABŞ prezidenti Donald Trampla təmasda olduğunu bildirib və göstərdiyi dəstəyə görə Vaşinqton administrasiyasına təşəkkür edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğandan Baxçalıya doğum günü SÜRPRİZİ: tortun üzərindəki… – FOTO

admin

Hindistana və Pakistana lazım olmayan müharibə – Elbəyi Həsənli

admin

SSRİ-nin məxfi layihələri

admin