24 C
Bakı
22 İyun 2025 13:06
CəmiyyətHadisəŞikayət

“Maşa və ayı”ya görə “Space” TV-yə xəbərdarlıq

Audiovizual Şura “Maşa və ayı” cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib.

Bu haqda Şuranın  onlayn iclasında qərar qəbul edilib.

İclasda “Space TV” kanalının efirində 7, 8 və 9 iyunda yayımlanan “Maşa və ayı” cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.

 

“Maşa və ayı” cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal “Media haqqında” qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub. (Olay)

 

Tacxeber.com

Oxşar xəbərlər

Neft müəssisəsində PARTLAYIŞ: ölənlərlər var

admin

İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO

admin

Emreli ilə Kloze arasında nə baş verib? – Narazılığın təfərrüatı

admin