İranla bağlı bir epizodu da xatırladıb yaddaşları təzələyim.
2001-2003-cü illərdə İranın molla rejimi Azərbaycana qarşı yaratdığı silahlı dəstələrlə hücum edib işğal etmək istəyirdi.
Plan belə idi ki, Qarabağ və işğal olunmuş ərazilərindən İran hərbçiləri Mahir Cavadovun komandanlığı ilə daxil olur və rayonları ala-ala irəliləyirlər. Bakıda irançılar üsyana qoşulur və beləliklə məsələ həll olunur. Azərbaycan İslam Respublikası qurulur.
Lakin son anda nədənsə, bəlkə də yenə Türkiyə müdaxilə edə biləcəyi nəzərə alınıb plandan imtina olundu. Mahir Cavadov İrandan küsüb 2003-cü ildə sığınacaq aldığı Avstriyaya qayıtdı.
Avstriya məhkəməsi ilk dəfə olaraq sığınacaq almış bir şəxsə 13 ölkəyə getməyi rəsmi olaraq qadağan etdi. Azərbaycan mühacirət tarixində belə hadisə olmayıb. İrandakı fəaliyyətinə görə, Azərbaycan hüquq mühafizə orqanları Mahir Cavadovu İnterpol vasitəsilə axtarışa verdilər.