26 C
Bakı
21 İyun 2025 10:30
CəmiyyətGündəmHadisəMaraqlıQalmaqalSiyasət

Mahir Cavadov İranın dəstəyi ilə Azərbaycanda üsyan etmək planlayıb?

İranla bağlı bir epizodu da xatırladıb yaddaşları təzələyim.

2001-2003-cü illərdə İranın molla rejimi Azərbaycana qarşı yaratdığı silahlı dəstələrlə hücum edib işğal etmək istəyirdi.

Plan belə idi ki, Qarabağ və işğal olunmuş ərazilərindən İran hərbçiləri Mahir Cavadovun komandanlığı ilə daxil olur və rayonları ala-ala irəliləyirlər. Bakıda irançılar üsyana qoşulur və beləliklə məsələ həll olunur. Azərbaycan İslam Respublikası qurulur.

 

Lakin son anda nədənsə, bəlkə də yenə Türkiyə müdaxilə edə biləcəyi nəzərə alınıb plandan imtina olundu. Mahir Cavadov İrandan küsüb 2003-cü ildə sığınacaq aldığı Avstriyaya qayıtdı.

Avstriya məhkəməsi ilk dəfə olaraq sığınacaq almış bir şəxsə 13 ölkəyə getməyi rəsmi olaraq qadağan etdi. Azərbaycan mühacirət tarixində belə hadisə olmayıb. İrandakı fəaliyyətinə görə, Azərbaycan hüquq mühafizə orqanları Mahir Cavadovu İnterpol vasitəsilə axtarışa verdilər.

 

2006-cı ilin iyulunda Azərbaycan xüsusi xidmət orqanları əslən Qarabağdan olan bir agentləri vasitəsilə (indi tanınmış diasporaçıdır) Mahir Cavadovu Almaniyaya qonaqlığa dəvət etdirdilər. 19 iyulda qonaqlıqdan geri qayıtmaq istəyən Cavadov Almaniyada həbs olundu. Sonradan Almaniya məhkəməsi onun həyatına olacaq real təhlükəni nəzərə alaraq Azərbaycana ekstradisiya etmədi. Cavadov Avstriyaya qayıtdı və uzun müddətlik sükuta qərq oldu. İndi 75 yaşı var.

Fikrət Hüseynli

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İbrahim Tatlısəslə mahnı ifa etdi

redaktor

Qadın direktorun səs yazısı gündəm oldu – VİDEO

admin

Baş Prokurorluğun idarə rəisi: “Son illərdə qəsdən adam öldürmə halları artmayıb.”

admin