25 C
Bakı
23 İyun 2025 17:32
DünyaSiyasət

Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsinin səbəbi barədə: Mən gözləyirəm ki,…

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə razılığın əldə edilməsi ümidi ilə hələlik Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmədiyini bildirib:

“Çünki mən razılaşmanın imzalanıb-imzalanmayacağına baxmağı gözləyirəm” deyən Tramp Kanadada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində jurnalistlərə bildirib. ABŞ prezidenti əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar ABŞ-a milyardlarla dollar itkiyə başa gəlir.

“Unutmayın ki, sanksiyalar bizə çox pul bahasına başa gəlir… Sanksiyalar o qədər də sadə və birtərəfli yol deyil”, – deyə Tramp bildirib.

Xatərladaq ki, G7 sammiti iyunun 15-dən 17-dək Kanadanın Kananaskis (Alberta) bölgəsində keçirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Uğursuz İstanbul sammiti: Putin Tramp və Amerikanı “axmaq” hesab edir

redaktor

Vladimir Putin nədən qorxur: Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqladı

redaktor

COP29-un 12 yaşlı iştirakçısından maraqlı AÇIQLAMA

redaktor