19 C
Bakı
26 Sentyabr 2025 21:07
CəmiyyətGündəmİqtisadiyyatŞikayət

Bakıdan Qazaxa qatar bileti 147 manata. Baha deyil ?

Bu gün üçün Bakı – Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub.

147 manat !

Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq bu rəqəm 170 manata qalxacaq.

 

Ağlasığmazdır.

Görəsən bu xidmətin daxilində nələr nəzərdə tutulub?

Dövlət sektorunda ezamiyyə xərcləri ilə bağlı qaydalarda dövlət qulluqçuları üçün belə yol xərcləri nəzərdə tutulmayıb.

Yəni nazirlər, yüksək vəzifəlilər güman ki bundan istifadə etməyəcəklər.

Biznes sektoru da, Qazax rayonunun sahibkarları da ağlım kəsmir ki, gediş-gəliş üçün 300+ manat ödəsin.

 

Belə olan halda maraqlıdır ki, ADY belə ifrat yüksək qiyməti hansı təbəqə üçün, hansı metodlarla müəyyən edib?

Biz gözləyirdik ki, ADY hətta Bakı – Balakən qatarının qiymətlərini xeyli endirəcək. Monitorinqlər də göstərirdi ki, doluluq , bayramları çıxsaq heç vaxt yetərli olmur.

Bir daha qeyd etmək istərdim ki, 6 il dayanmış dəmiryolu ilə ölkədaxili sərnişin daşınmasının yenidən bərpa edilməsi təqdirəlayiq bir addım olsa da qiymətlərin reallıqdan çox uzaq olması da bir o qədər məyusedicidir.

Ümid edirəm ADY və hökumət nəzərə alacaq.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Qanuna dəyişiklik edilir – Yeni RÜSUMLAR gəlir

admin

“TikTok”da qız səsi ilə danışdı: Həbs edildi

redaktor

Azərbaycanda ən çox yüklənən tətbiq VPN-dir – FOTO

redaktor