26 C
Bakı
21 İyun 2025 20:04
CəmiyyətDünyaMuharibəŞikayətSiyasət

Azərbaycan sanki Antarktitada yerləşir – Fikrət Hüseynli

Son iki gündə Azərbaycan mediasına diqqətlə baxıram. Axtarıram görüm dövlət qurumları fövqəladə vəziyyətdə vətəndaşlara nə edəcəklərilə bağlı təlimat verirmi?

Axı bombalar, raketlər sərhəddə partlayır. Xəbər agentlikləri yazır ki, İrandakı nüvə mərkəzindən sızma olub. Bəs bununla bağlı Azərbaycan hökumət qurumları vətəndaşlara nə tövsiyyə edir? Heç nə yoxdur.

 

İnsanlar sosial şəbəkədə savaşan tərəflərə azarkeşlik edir, bomba və raketləri sayır. Ola biləcək qaçqın axını zamanı dövlət qurumları nə edəcək, əhali hansı addımı atmalıdır və sair. Heç nə yoxdur. Ölkəni avtopilota qoyub göydəki raketləri sayırlar. Amma o raketin insanların başına düşməməsi üçün heç bir tədbir görülmür.

Sadəcə onu deyim ki, Norveç, İsveç, Danimarka, Nederland, Almaniya və sair müharibə ərazilərindən uzaqdırlar. Amma iki ildir ki, əhaliyə fövqəladə vəziyyətdə nə edəcəyi izah olunub, hazırlıq aparılıb. Azərbaycan isə deyəsən Antarktitada yerləşir. Ona görə heç nədən narahat olmurlar.

 

Fikrət Hüseynli

Tacxeber.com

Oxşar xəbərlər

Niyə qadınlar xırdaçı, kişilər konkret olur? – Elmi izahı sizi təəccübləndirəcək

redaktor

Elektrikli velosiped istehsal olundu – saatda 95-lə gedir

redaktor

Almaniyada film kimi OLAY: Ekskavator oğurlayan şəxs şəhərdə xaos yaratdı – VİDEO

redaktor