DünyaSiyasət

“Tehranı boşaldın, hərəkətə keçirik” – Netanyahu

“Tehranı boşaldın, hərəkətə keçirik”.

Tacxeber.comxəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O, İrana qarşı yeni hücuma işarə edib:

“Tehranın səması nəzarət altındadır. Biz zəfər yolundayıq. Biz iki əsas məqsədimizə nail olmaq ərəfəsindəyik: Nüvə və raket təhlükəsinin aradan qaldırılması”, – deyə baş nazir əlavə edib.

Qeyd edək ki, İsrailin İranın nüvə obyektlərinə qarşı “Yüksələn şir” əməliyyatına başlamasının dördüncü günüdür.

İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, indiyədək İsrailin İrana hücumları nəticəsində 224 nəfər həlak olub və ölənlərin 90 faizi mülki şəxslərdir.

İranın İsrailə hücumları nəticəsində azı 24 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran heyəti BƏƏ-dəki sammiti tərk etdi – Etiraz

admin

Rusiyanın daha bir neft bazası vuruldu

admin

İrəvan Moskvaya rəsmi müraciət ünvanladı: rus sərhədçiləri çıxarılır

admin