12 C
Bakı
27 Mart 2026 02:36
DünyaSiyasət

“Tehranı boşaldın, hərəkətə keçirik” – Netanyahu

“Tehranı boşaldın, hərəkətə keçirik”.

Tacxeber.comxəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O, İrana qarşı yeni hücuma işarə edib:

“Tehranın səması nəzarət altındadır. Biz zəfər yolundayıq. Biz iki əsas məqsədimizə nail olmaq ərəfəsindəyik: Nüvə və raket təhlükəsinin aradan qaldırılması”, – deyə baş nazir əlavə edib.

Qeyd edək ki, İsrailin İranın nüvə obyektlərinə qarşı “Yüksələn şir” əməliyyatına başlamasının dördüncü günüdür.

İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, indiyədək İsrailin İrana hücumları nəticəsində 224 nəfər həlak olub və ölənlərin 90 faizi mülki şəxslərdir.

İranın İsrailə hücumları nəticəsində azı 24 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran böyük tarixə, ənənələrə malik coğrafiyadır, əslində, SSRİ-yə çox bənzəyir…

redaktor

Zelenskinin anası Dubayda 3,2 milyon dollarlıq mənzil alıb – FOTO

redaktor

33 min erməni rus vətəndaşlığına keçib

redaktor