26 C
Bakı
21 İyun 2025 20:17
Sağlamlıq

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Tez-tez göbələkdən zəhərlənmə halları ilə bağlı xəbərlər oxuyuruq.  Hətta ölümlə nəticələnənlər də çoxdur.

Niyə məhz göbələkdən zəhərlənənlər çoxdur?

Əslində səbəblər müxtəlifdir. Bu qidanı istehlak edərkən diqqətli olmalı məqamlar var:

Məsələn, zəhərli və zəhərsiz göbələklər bir-birinə  bənzədiyi üçün insanlar bəzən bunu ayıra bilmir. Nəticədə, onu yeməyə qatdığı üçün zəhərlənir.

Məsələn, Amanita phalloides ölümcül zəhərli göbələkdir. Bu, bəzi yeməli göbələklərlə asanlıqla qarışdırıla bilər.

Bəzən insanlar düşünürlər ki, zəhərli göbələyi bişirdikdə zəhəri yox ola bilər, ancaq bu səhvdir. İstilik göbələyin zəhərini yox etmir.

Restoran və ictimai iaşə müəssisələrində isə göbələkdən zəhərlənmə hallarının olması bir qədər fərqli səbəblərlə bağlıdır.

Bəzi restoranlar “orqanik” olsun deyə  öz topladıqları göbələkləri yeməkdə istifadə edirlər.

Lakin bəzən təcrübəli aşpazlar da zəhərli ilə zəhərsiz arasındakı fərqi ayırd edə bilmir.

Həmçinin, göbələk uzun müddət düzgün şəraitdə saxlanmadıqda zəhərli toksinlər əmələ gələ bilər.  Xüsusilə konservləşdirmə zamanı botulizm riski olur.

Ancaq elə hallar olur ki, problem göbələkdə yox, insanın orqanizmində olur. Belə ki, göbələk bəzi  insanlarda allergik  və ya mədə-bağırsaq reaksiya yarada bilər.

Göbələkdən zəhərlənmənin qarşısını almaq üçün isə diqqət edilməli məqamlar var.  İlk olaraq, restoranlar yalnız sertifikatlı tədarükçülərdən göbələk almalıdır.

Təbii göbələk istifadə ediləcəksə, bunu təcrübəli mütəxəssis yoxlamalıdır.

Menyuda istifadə olunan göbələk növü aydın şəkildə göstərilməli,  çiy və ya az bişmiş halda təqdim edilməməlidir. (Bizim.Media)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kartof suyu sizi bu ağrılardan xilas edəcək – SİYAHI

redaktor

Həkimlər TƏŞVİŞDƏDİR: Dünyada insanların 60%-i bundan əziyyət çəkəcək

redaktor

Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin verməyin – Təhlükə

redaktor