26 C
Bakı
21 İyun 2025 13:40
CəmiyyətGündəmTəhsil

Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?

Məktəb, universitet, dərslik – bunlar sadəcə elm verən qurumlar deyil, şəxsiyyət formalaşdırmalı olan sistemlərdir. Amma məzun günlərində səslənən musiqilərə, nümayiş olunan rəqslərə, şagirdlərin və tələbələrin üzərindəki döymələrə, simvolik işarələrə, mənasız sözlərlə yazılmış köynəklərə baxanda bir sual yaranır: bu sistem gənclərə hansı dəyərləri ötürüb?

Tacxeber.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov şəxsi “Facebook” səhifəsində yazıb.

Ekspert qeyd edib ki, əgər bir şagirdin idealı rep klipindəki zorakı obrazdırsa, əgər universitet məzunu üçün qəhrəmanlıq “brend” geyinmək, sosial şəbəkədə izləyici yığmaqdırsa, deməli biz onları yalnız akademik deyil, mənəvi olaraq da tərk etmişik.

“Biz onlara Vətəni, tarixi, əxlaqı, zəhməti sevdirməmişik. Qəhrəman obrazı yaratmamışıq. Ona görə də onlar xarici filmlərdən, sosial mediadan, bəzən də nihilist musiqilərdən özlərinə “qəhrəman” düzəldirlər.

Bu, sadəcə bir estetika problemi deyil. Bu, gələcəyin kimə çevriləcəyinin göstəricisidir.

Niyə məktəblinin köynəyində milli qəhrəmanın şəkli, yaxud “mən müəllimimi sevirəm” cümləsi yox, məchul oğru aləminin işarəsi yazılıb? Niyə məzun musiqisi Qarabağ Zəfərindən yox, Los-Anceles küçələrindən gəlir?

Cavab aydındır: çünki sistem tərbiyə etmir. Sadəcə məlumat ötürür. Bu gələcəyin faciəsidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın gözü Qazaxıstanda: Prezident postu uğrunda mübarizə başladı

redaktor

Durov “WhatsApp”ın hiyləgər planını İFŞA ETDİ

redaktor

Vasif Talıbovla bağlı YENİ DETALLAR

redaktor