İranın ali dini lideri Seyid Əli Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb.
Tacxeber.comxəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmisinə istinadla məlumat yayıb.
O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının nüvə proqramının məhv edilməsi üçün potensial hədəfləri, o cümlədən Xamneyini nəzərdən keçirir.
Mənbənin sözlərinə görə, İDF zərbələri təkcə nüvə infrastrukturuna deyil, həm də düşmənin siyasi və hərbi sabitliyini pozmaq üçün edilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Şir” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.