2 C
Bakı
11 Fevral 2026 06:12
DünyaSiyasət

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bəyan edib.
Trampın sözlərinə görə, belə bir hücum halında İran, indiyə qədər heç kimin görmədiyi qədər güclü cavabla qarşılaşacaq.
O, həmçinin vurğulayıb ki, ABŞ İsrailin İrana qarşı son hücumunda iştirak etməyib. Tramp qeyd edib ki, Vaşinqton Tehranla Təl-Əviv arasında vasitəçilik edə bilər, bu isə regionda davam edən münaqişəyə son qoymaq üçün bir fürsətdir.
“Biz İranla İsrail arasında razılaşmanı asanlıqla əldə edə və bu qanlı münaqişəni dayandıra bilərik”, – deyə Tramp bildirib.
Xatırladaq ki, 13 iyun gecəsi İsrail “Yüksələn Şir” adlı hərbi əməliyyata başlayaraq İranda nüvə və hərbi obyektlərə zərbələr endirib.
Buna cavab olaraq, İranın SEPAH qüvvələri həmin gün axşam “Həqiqi Vəd-3” əməliyyatına start verib və İsrail ərazisinə raket hücumları həyata keçirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı endirildi

redaktor

Ermənilərdən yeni təxribat: Xocavənddə “PUA emalatxanası” açılıb – fransızlar kömək edir

admin

ABŞ-da 9 bal zəlzələ, 30 metrlik sunami proqnozu

admin