12 C
Bakı
28 Mart 2026 15:14
CəmiyyətDünya

Pezeşkian: “İsrailə daha ağrılı və sarsıdıcı cavablar veriləcək”

“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu təcavüzlər təkrarlanarsa, daha ağrılı və sarsıdıcı cavablar veriləcək.”

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bunu İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian əlavə edib ki, “Sülh, təhlükəsizlik və sabitlik istəyən hər bir ölkə təcavüzə qarşı mübarizə cəbhəsində dayanmalıdır.”

O, həmçinin bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət altında saxlamalıdır ki, İraq ərazisindən İran İslam Respublikasına qarşı sui-istifadə edilməsin.”

İran Prezidenti bir daha İslam ölkələrinin təcavüzlərə qarşı ortaq məsuliyyət daşıdığını vurğulayıb.

Öz növbəsində, İraq Baş naziri əl-Sudani, İsrailin hücumları nəticəsində şəhid olmuş İranın yüksək rütbəli hərbi komandirləri və günahsız insanların itkisinə görə başsağlığı verib, və bildirib:

“Biz sizin yanınızdayıq və İran İslam Respublikası ilə eyni səngərdə dayanırıq. Təcavüzü qətiyyətlə pisləyirik.”

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan Türkiyəyə humanitar yardım göndərdi

redaktor

“Guya, şəhid qardaşı öz təşəbbüsü ilə üzr istəyə bilməzdi?!” – Mirşahin Ağayevdən SƏRT TƏNQİD

redaktor

Rusiya aviasiya sənayesinə sarsıdıcı ZƏRBƏ

admin